27ad4b62-1ed8-4477-989e-fbc3e6ccd78c..jpg

Yasamalda əməliyyat: Saxlanılanlar var – FOTO/VİDEO

Baxış sayı: 563 dəfə baxılıb.

Yasamalda əməliyyat: Saxlanılanlar var – FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yasamalda taksi sürücülərini dələduzluq edərək aldadan və motosiklet oğurlayan
şəxslər saxlanılıblar.

Cixisyolu.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti
məlumat yayıb.

Yasamal rayonunda vətəndaşlardan birinə məxsus dəyəri 3 000 manat olan
motosikletin naməlum şəxslər tərəfindən oğurlandığı barədə polisə məlumat daxil
olub. Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin əməkdaşları
tərəfindən həyata keçirilən tədbirlər nəticəsində əməli törədən Abşeron rayon
sakinləri Nurlan Kərəmov, Kənan Səlimov və Eltun Nəcəfov saxlanılıblar.
Saxlanılanların törətdiyi oğurluq əməli təhlükəsizlik kameraları vasitəsilə də
qeydə alınıb.

Şöbə əməkdaşlarının həyata keçirdikləri digər tədbir zamanı paytaxt ərazisində
taksi sürücülərinə qarşı dələduzluq edərək onların mobil telefon və pul
vəsaitlərini ələ keçirən əvvəllər oğurluq, dələduzluq, eləcə də narkotiklərlə
bağlı cinayətlərə görə dəfələrlə məhkum olunmuş Anar İmanov saxlanılıb. Onun
üzərindən şəxsi istifadəsi üçün əldə etdiyi narkotik vasitə də aşkar olunaraq
götürülüb. A.İmanovun paytaxtın müxtəlif ərazilərində taksi sürücülərinə qarşı
dələduzluq etdiyi müəyyən olunub.

A.İmanov, N.Kərəmov, K.Səlimov və E.Nəcəfov analoji əməllərdə iştiraklarının
olub-olmaması araşdırılır. Onların qanunsuz əməllərindən zərərçəkən başqa
şəxslər varsa, bu barədə polisə müraciət edə bilərlər.


Source link