Yasamal rayonu Həsən bəy Zərdabi küçəsində naməlum şəxs 35 yaşlı Fərid Məmmədovla mübahisə edib.
ÇıxışYolu.Com xəbər verir ki, tərəflər arasında yaranan mübahisə davaya çevrilib.
Bu zaman F.Məmmədov ürək nahiyəsindən bıçaq xəsarəti alıb. Yaralı dərhal xəstəxanaya yerləşdirilib.
Lakin həkimlərin səylərinə baxmayaraq, F.Məmmədov xəstəxanada dünyasını dəyişib.
Onun meyiti aidiyyatı üzrə Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Yasamal rayon şöbəsinə təhvil verilib.
Hazırda Yasamal Rayon Polis İdarəsinin əməkdaşları qətli törədən şəxsin axtarışları istiqamətində iş aparırlar.
Hadisənin təfərrüatları üzrə araşdırma davam edir.
Kamil Əmirli
Elşad Mətləboğlu