a7edddb6-0981-4341-8b04-9a719b89ff4e..jpg

Yasamalda evdən oğurluq edən keçmiş məhkumlar ƏLƏ KEÇDİLƏR

Baxış sayı: 464 dəfə baxılıb.

Yasamalda evdən oğurluq edən keçmiş məhkumlar ƏLƏ KEÇDİLƏR
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Martın 19-da paytaxtın Yasamal rayonu ərazisində yerləşən evlərin birindən
1300 manat dəyərində televizorun oğurlanması barədə Yasamal Rayon Polis
İdarəsinin 26-cı Polis Bölməsinə məlumat daxil olub.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bölmə əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində
oğurluğu törətməkdə şübhəli bilinən, əvvəllər narkotiklə əlaqəli cinayətlərə
görə məhkum olunmuşlar, paytaxt sakinləri Ceyhun Mirzəyev və Rövşən Əzimov
müəyyən olunaraq saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

Source link