Yasamal rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol – nəqliyyat hadisəsi baş verib.
ÇıxışYolu.Com xəbər verir ki, 286 nömrəli orta məktəbin yaxınlığında yolu keçmək istəyən 1993-cü il təvəllüdlü Abdullayev Saleh İkram oğlunu avtomobil vurub.
Yaralı dərhal xəstəxanaya çatdırılaraq reanimasiya şöbəsinə yerləşdirilib.
Vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.
Kamil Əmirli
Elşad Mətləboğlu