568123ae-2851-4686-8486-41a5f88bcd75..jpg

Yasamalda sakinlərin sökülən qarajları ilə bağlı rayon İcra Hakimiyyətindən MÜNASİBƏT – VİDEO

Baxış sayı: 268 dəfə baxılıb.

Yasamalda sakinlərin sökülən qarajları ilə bağlı rayon İcra Hakimiyyətindən
MÜNASİBƏT – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Paytaxtın Yasamal rayonunda, Yeni Yasamal 1 ünvanında yerləşən binanın
qarşısında sakinlər tərəfindən qeyri-qanuni tikilən qarajlar sökülüb.

Sakinlər deyirlər ki, uzun illərdir ərazidəki qarajlar həm məhəllənin
görünüşünə xələl gətirib, həm də uşaqlar üçün oyun ərazilərini zəbt edib.

Yasamal rayonu Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Vüsal Hüseynov
“Xəzər Xəbərə” bildirib ki, ərazidəki söküntü işləri sakinlərin müraciəti
əsasında aparılır.

Qurumun rəsmisi onu da qeyd edib ki, söküntü işləri tam yekunlaşdıqdan sonra,
ərazidə uşaq və böyüklərin istirahəti üçün skamyaların quraşdırılması və
ümumilikdə məhəllənin abadlaşdırılması nəzərdə tutulub.

Ətraflı süjetdə:


Source link