de0bf5d0-37bc-4b63-8e6c-038b1d26a0d9..jpg

Yaşar Çolak: “Qərb ölkələrində hər üç uşaqdan biri müsəlman olduğunu gizlədir”

Baxış sayı: 579 dəfə baxılıb.

Yaşar Çolak: “Qərb ölkələrində hər üç uşaqdan biri müsəlman olduğunu gizlədir”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qərb ölkələrində hər üç uşaqdan biri müsəlman olduğunu gizlədir”.

“Report” xəbər verir ki, bu barədə Türkiyə Diyanət Vəqfi İslam Araşdırmaları
Mərkəzinin vitse-prezidenti Yaşar Çolak Bakıda “Müxtəlifliyin qorunması:
2024-cü ildə İslamofobiya ilə mübarizə” mövzusunda beynəlxalq elmi konfransın
“Multikulturalizm, islam və sivilizasiyalar toqquşması nəzəriyyəsi:
İslamofobiyanın yenidən düşünülməsi” adlı plenar iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu gün islamofobiyanın sürətlə yayılması təəssüf doğurur:

“İslamofobiya Qərb cəmiyyətlərində müəyyən tarixi qərəz şəklində özünü
göstərir və həyatımızın ayrılmaz hissəsinə çevrilib. Mediada yanlış
məlumatların verilməsi, siyasi diskurs islamofobiyaya öz “töhfə”sini verir.
Bütün bunlar siyasi elita, icmalar arasındakı əməkdaşlıqların vəhdətinin
yaradılmasını tələb edir. Bu məsələdə mentalitet və psixoloji amillər də mütləq
şəkildə nəzərə alınmalıdır. Müsəlmanlara qarşı qorxu, nifrət və bu kimi
fikirlər onları ciddi narahat edir. Son beş il ərzində aparılan müxtəlif
tədqiqatlar islamofobiyanın Qərb ölkələrində və ABŞ-də artdığını nümayiş
etdirir. Aparılan araşdırmalardan birində göstərilir ki, hər üç uşaqdan biri
müsəlman olduğunu gizlədir. Çünki onlar nə ilə qarşılaşacaqlarını bilmədikləri
üçün bu addımı atırlar”.

Source link