426184d5-1f09-4186-a29f-ed5dfac9e895..jpg

Yaşar Əliyev Fransanın destruktiv hərəkətləri ilə bağlı BMT baş katibinə məktub ünvanlayıb – FOTO

Baxış sayı: 583 dəfə baxılıb.

Yaşar Əliyev Fransanın destruktiv hərəkətləri ilə bağlı BMT baş katibinə
məktub ünvanlayıb – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın BMT-dəki daimi nümayəndəliyinin rəhbəri Yaşar Əliyev Fransanın
Cənubi Qafqazdakı vəziyyətlə bağlı yalan bəyanatları ilə bağlı qurumun baş
katibi Antonio Quterreşə məktub göndərib.

Məktubda qeyd olunub ki, Fransa nümayəndəyə heyəti BMT Təhlükəsizlik Şurasının
19 aprel 2024-cü il tarixli iclasında Azərbaycan və Ermənistan arasındakı
münasibətlərlə bağlı əsassız və yanlış fikirlər səsləndirib.

“Maraqlıdır ki, bu şərhlər məhz Azərbaycan və Ermənistanın sərhədlərin
delimitasiyası məsələsində nəzərəçarpacaq irəliləyiş əldə etdiyi günə təsadüf
edib”, – deyə məktubda vurğulanıb.

Y.Əliyev bildirib ki, baş katib Ermənistan və Azərbaycan arasında sərhədlərin
delimitasiyası üzrə Dövlət Komissiyaları arasında aprelin 19-da əldə edilmiş
razılaşmaları alqışlayıb və qalan sahələr üzrə işlərin davam etdirilməsinə və
münasibətlərin tam normallaşması üçün bütün ikitərəfli məsələlərin həllinə
çağırıb.

“Fransa Cənubi Qafqazdakı vəziyyət və proseslərlə bağlı beynəlxalq
ictimaiyyəti çaşdırmamalı, regionda sabitliyi pozan fəaliyyətə son qoymalı,
Azərbaycanın daxili işlərinə qarışmaqdan çəkinməlidir. Azərbaycan müharibənin
fəsadlarının aradan qaldırılması, münaqişələrin qarşısının alınmasını təşviq
etmək, konkret nəticələrə yönəlmiş normallaşma prosesinin təşviqi və regionda
davamlı sülhün bərqərar olması istiqamətində səylərini davam etdirməyə sadiqdir
və qətiyyətlidir”, – deyə Azərbaycanın BMT-dəki daimi nümayəndəsinin məktubunda
qeyd edilib.

Source link