Yaşar Gülər: “Qafqazda təhlükəsizlik Azərbaycanla Ermənistanın sülh
müqaviləsini imzalamasından keçir”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Bir millət, iki dövlət, bir ordu” şüarı ilə indiyə qədər qət etdiyimiz bu
yolda işimizi davam etdirəcəyik”.
Bu açıqlama ilə Türkiyənin milli müdafiə naziri Yaşar Gülər çıxış edib.
O qeyd edib ki, Qafqazda təhlükəsizlik və sülhün yolu Azərbaycan və Ermənistan
arasında hərtərəfli və daimi sülh müqaviləsinin imzalanmasından keçir.
Yaşar Gülər xatırladıb ki, 2023-cü ildə Türkiyə və Azərbaycan 14 birgə hərbi
təlim keçirib”
O qeyd edib ki, Türkiyə bu məqsədlə edilən səmimi səyləri dəstəkləyir və
mümkün qədər tez müsbət nəticə əldə etməyi arzulayır:
“İki ölkə arasında etimadı artıran konkret addımların atılması ilə bağlı son
qərardan məmnunuq”.
Nazir, həmçinin noyabrın 27-də Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan
arasında 10-cu Üçtərəfli Müdafiə Nazirləri görüşünün hər üç ölkənin hərbi və
təhlükəsizlik məsələləri də daxil olmaqla geniş sahələr üzrə ümumi maraqlarına
və gözləntilərinə xidmət etdiyini vurğulayıb. Onun sözlərinə görə, regional
sabitlik üçün səylər bundan sonra da davam edəcək.
Mənbə: Bursa.com