Yaşar Güler: “Ermənistan sülh üçün yaranan şəraiti lazımınca dəyərləndirmir”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşünün
əməkdaşlıq üçün çox faydalı olacağını düşünürəm. Ölkələrimiz regionda sülh və
inkişaf üçün birgə əməkdaşlığı bundan sonra da davam etdirəcək”.
AZƏRTAC xəbər verir ki, bunu Türkiyə Respublikasının milli müdafiə naziri
Yaşar Güler Bakıda Azərbaycan-Türkiyə-Gürcüstan müdafiə nazirlərinin 10-cu
üçtərəfli görüşünün yekununa həsr olunmuş mətbuat konfransında söyləyib.
O bildirib ki, “3+3” formatındakı görüşlərin Cənubi Qafqazda problemlərin
həllində, qalıcı sülhün əldə olunmasında mühüm əhəmiyyəti var:
“Amma Ermənistan sülh üçün yaranan şəraiti lazımınca dəyərləndirmir”.