Yaşar Güler yeni əməliyyatı anons etdi: “Ən qısa zamanda Türkiyəni terror
bəlasından xilas edəcəyik”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Prezident Rəcəb Tayyib Ərdoğanın müəyyən etdiyi çərçivəyə uyğun olaraq bu yay
İraq sərhədimizi təmin edəcək dairəni tamamlayacaq və terror problemini aradan
qaldıracağıq”.
Bu sözləri Türkiyənin milli müdafiə naziri Yaşar Güler jurnalistlərə
açıqlamasında deyib.
O, sərhədlər xaricində yeni əməliyyatların başlanacağını anons edib: “Bunun
üçün kimsədən icazə almayacağıq. Artıq Türkiyə terrorla mübarizədə yeni bir
səhifə açmalıdır. Prezidentimiz də belə düşünür. Ən qısa zamanda bu işi
bitirib, Türkiyəni terror bəlasından xilas edəcəyik. Son 5-6 ildir ki, mübarizə
aparırıq”.
Nazir qeyd edib ki, ABŞ İŞİD-lə mübarizə adı ilə PKK/YPG/SDG terror
təşkilatlarını dəstəkləməyə davam edir.
“Bir terror təşkilatı ilə mübarizə aparmaq üçün başqasından istifadə etmək
doğru deyil. Bunun bəhanəsi yoxdur. İŞİD-lə mübarizə aparan tək ordu Türkiyə
Silahlı Qüvvələridir”, – deyə Güler əlavə edib.
Mənbə: yirmidort.tv