33654ee1-d824-43ca-936d-10fd3c0b4c7d..jpg

“YAŞAT” Fondu şəhid övladlarına məktəbli ləvazimatları çatdırıb – VİDEO

Baxış sayı: 524 dəfə baxılıb.

“YAŞAT” Fondu şəhid övladlarına məktəbli ləvazimatları çatdırıb – VİDEO

“YAŞAT” Fondu yeni tədris ilinin başlanması ilə əlaqədar şəhidlərimizin
məktəbli övladlarına dərs ləvazimatlarından ibarət hədiyyə qutuları çatdırıb.

Cixisyolu.com xəbər verir ki, hədiyyə qutusuna çanta, termos, qələm qabı, dəftərlər,
qələmlər, xəritələr, gündəlik, pərgar dəsti, qovluq, rəsmxət qovluğu, rəsm
albomu, rəngli boya, rəngli kağız, ağardıcı, xətkeş, plastilin, plastilin qabı,
stikerlər, kitab altlığı, kağız yapışdırıcı, flomaster, rəngli karandaş, qayçı
və pozan dəsti, qeyd kitabçası daxildir.

Respublikanın bütün ərazisi üzrə 678 şəhidin 1152 məktəbli övladına hədiyyə
qutusu hazırlanıb və aidiyyəti üzrə çatdırılıb. Qutulardan 35-i Naxçıvan Muxtar
Respublikasında yaşayan məktəbli şəhid övladlarına təqdim edilib. Ümumilikdə
məktəblilərin 648-i oğlan, 504 nəfəri isə qızdır.


Source link