7a1bffcf-7b4c-4a3f-886b-ce220c8fdf0f..jpg

“YAŞAT” Fondu Vətən müharibəsinin əlilləri üzərində əməliyyatın xərclərini ödəyib – VİDEO

Baxış sayı: 576 dəfə baxılıb.

“YAŞAT” Fondu Vətən müharibəsinin əlilləri üzərində əməliyyatın xərclərini
ödəyib – VİDEO

Vətən müharibəsi əlilləri – Rəşad Məmmədov və Vüsal Əliyevə ağrı pili
əməliyyatı icra olunub. Azərbaycanda ilk dəfə həyata keçirilən bu əməliyyat
üçün vacib olan tibbi avadanlıq – “spinal kord” “YAŞAT” Fondu tərəfindən
xaricdən gətirilib. Xarici və yerli həkimlər tərəfindən uğurla icra olunan
əməliyyatın xərcləri də fond tərəfindən qarşılanıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial
İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsindən
verilən məlumata görə, əməliyyatdan sonra hər iki qazidə şiddətli ağrıların
60-70 faiz azalması müşahidə olunub. Həkimlərin rəyinə əsasən, bu ağrılar zaman
keçdikcə tam olaraq aradan qalxacaq.

Fondun hesabatları və xərclənən vəsaitlərlə bağlı ətraflı məlumatı
yashat.gov.az rəsmi internet saytının“Hesabatlar”
bölməsindən əldə etmək olar.


Source link