fa299828-aee1-43ef-bafb-2c19ec976981..jpg

“YAŞAT” Fondunun üç ilə xərclədiyi vəsaitin həcmi açıqlanıb

Baxış sayı: 509 dəfə baxılıb.

“YAŞAT” Fondunun üç ilə xərclədiyi vəsaitin həcmi açıqlanıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“YAŞAT” Fondunun rəhbəri Elvin Hüseynov bildirib ki, ötən üç il ərzində fonda
234 637 müraciət daxil olub.

“Report” xəbər verir ki, o bunu fondun üç illik hesabatına həsr edilmiş
mətbuat konfransında deyib.

“Çağrı üçün 189 205, qəbul üçün 4 510, sosial mediadan isə 40 922 müraciət
olub”.

Onun sözlərinə görə, bu dövr ərzində “YAŞAT” Fondunun xərci 79 484 043 manat
təşkil edib.

Məişət şəraitinin yaxşılaşdırılması üçün 42 153 250, təhsil, peşə hazırlığı və
yaradıcı potensialın inkişafı üçün 2 424 635, istehlak kreditləri və digər borc
öhdəliklərinin qarşılanması üçün 711 408, müalicə və psixoloji dəstək
xərclərinin ödənilməsi üçün 27 394 750 manat xərclənib.

Source link