Yaşıllıqların mühafizəsi ilə bağlı bir sıra yerli qurumlara rəsmi xəbərdarlıq
edilib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Baş Prokurorluq ekoloji hüquq pozuntularına qarşı mübarizəni davam etdirərək
pozuntulara yol vermiş şəxslərin məsuliyyətə cəlb edilməsi ilə yanaşı, belə
pozuntulara şərait yaradan halların vaxtında müəyyən edilərək aradan
qaldırılması istiqamətində də tədbirlər görür.
Bu barədə Baş Prokurorluqdan məlumat verilib.
Baş Prokurorluğun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsində aparılmış
araşdırmaların nəticələrinin ümumiləşdirilməsi və Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidməti ilə birgə ekoloji
pozuntuların təhlil edilməsi ilə müəyyən olunub ki, yaşıllıqların uçotu və
qeydiyyatı, həmçinin reyestrin formalaşdırılması və aparılması sahəsində yerli
icra və özünü idarəetmə orqanlarının fəaliyyəti lazımi səviyyədə təşkil edilmir.
Belə ki, bir sıra hallarda yerli və özünüidarətmə orqanları yaşıllıqların uçot
və monitorinqini apararaq bu barədə məlumatları yaşıllıqların kadastrının
aparılması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim etməməklə
ekoloji hüquq pozuntularının törədilməsinə şərait yaradıblar.
Yaşıllıqların mühafizəsi sahəsində yol verdikləri qanun pozuntularından
çəkinmələri barədə bir sıra yerli qurumlara rəsmi xəbərdarlıq edilib.