Yaşlı kişini vurub, öldürən avtobus sürücüsü həbs edilib

Yaşlı kişini vurub, öldürən avtobus sürücüsü həbs edilib

Baxış sayı: 2. 563 dəfə baxılıb.

Yaşlı kişini vurub, öldürən avtobus sürücüsü həbs edilib

Bakı Ağır Cinayətlər Məhkəməsində Gədəbəy rayon sakini Əflatun Cəfərovun CM-nin 263.2-ci (yol hərəkəti qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

ÇıxışYolu.Com-ın məlumatına görə, bu il yanvarın 27-i səhər saat 6 radələrində Sabunçu qəsəbəsində Ə.Cəfərovun idarə etdiyi “İsuzu” markalı, 148 saylı marşrut avtobus yolu keçən Bakı şəhər sakini Şıxməmməd Yadigarovu (1940-cı il təv.) vurub. Nəticədə xəstəxanaya çatdırılan piyada orada keçinib.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub və iclas zalında 

həbs olunub.

www.ÇıxışYolu.Com