“Yatmış şir” satıldı - FOTO

“Yatmış şir” satıldı – FOTO

Baxış sayı: 2. 161 dəfə baxılıb.

“Yatmış şir” adlı dünyanın ən böyük mirvarisi hərraca çıxarılıb. Hərrac Hollandiyanın Venduehuis muzeyində baş tutub. 

ÇıxışYolu.Com xəbər verir ki, 240 illik tarixə malik olan mirvarinin 340 min avro və ya 540 min funt-sterlinqə satılması planlaşdırılıb.

Mirvarinin sahibi Herman Domisse onu maddi çətinlik səbəbindən satdığını bildirib. 

Hərrac zamanı mirvari 320 min avroya satılıb. Bir vaxtlar rus kraliçası II Yekaterinaya məxsus olan mirvarinin uzunluğu 7 santimetr, ağırlığı 120 qramdır. 

Mirvarinin 1700-cü illərdə Çində tapıldığı iddia edilir.

www.ÇıxışYolu.Com