a50eee73-3621-4fad-aa0a-a4fe39dcaeac.jpg

Yaxın günlərdə elektron hərrac portalı istifadəyə veriləcək

Baxış sayı: 228 dəfə baxılıb.

Məhkəmə və digər orqanların qərarlarının icrası ilə bağlı hərraca çıxarılan
əmlakların satışı prosesində şəffaflığın, operativliyin və vətəndaş
məmnunluğunun təmin edilməsi məqsədilə yaxın günlərdə Ədliyyə Nazirliyinin
təşkilatçılığı ilə elektron hərrac portalı istifadəyə veriləcək.

Portal hərracda iştirak imkanlarının hər kəs üçün bərabər və əlçatan olmasını
təmin etməyi hədəfləyir.

Portalda fiziki və hüquqi şəxslər “Digital login” sistemi vasitəsilə
qeydiyyatdan keçərək və elektron kabinet yaradaraq hərrac prosesində iştirak
edə biləcəklər. Elektron hərracın keçirilməsi barədə şərtlər, portaldan
istifadəyə dair təlimat və hərrac elanları portalın saytı və sosial şəbəkə
hesablarında yerləşdiriləcək.

Hərrac proseslərinin rəqəmsallaşmış formada həyata keçirilməsi vətəndaş-məmur
ünsiyyətinin minimuma endirilməsi baxımından da mühüm əhəmiyyət kəsb edir.

Source link