Yaxın Şərqdə Trampın təhdidlərinə cavab verildi

Baxış sayı: 3. 220 dəfə baxılıb.

Yaxın Şərqdə Trampın təhdidlərinə cavab verildi

Səudiyyə Ərəbistanının energetika, sənaye və mineral ehtiyatlar naziri Xalid əl-Faleh Yaxın Şərq ölkələrini neftin bahalaşmasında ittiham edən ABŞ prezidenti Donald Trampa cavab verib.

ÇıxışYolu.Com “Reuters” istinadla xəbər verir ki, nazir neftin qiymətinə təsir göstərmədiyini bildirib.

İranın neft naziri Bijan Nəmdar Zəncani isə Amerika liderinin ifadələrinin OPEK+ üzvlərinə təsir göstərməyəcinə və onların Trampın göstərişlərinə boyun əyməyəcəklərinə ümid etdiyini söyləyib.

“OPEK müstəqil qurumdur və ABŞ-dan asılı deyil. Ümid edirəm ki, bu, belə də qalacaq”, – Zəncani deyib.

O qeyd edib ki, Trampın bəyanatı ABŞ-ın müttəfiqi olan region dövlətlərinə təhqirdir.

Daha öncə Tramp bəyan etmişdi ki, Yaxın Şərq ölkələri Amerikanın yardımı olmadan öz təhlükəsizliklərini təmin etməkdə acizdirlər. Bu bəyanat OPEK tərəfindən neftin qiymətinin bahalaşdırılmasına cavab olaraq səslənib.

www.ÇıxışYolu.Com