48d77a75-c733-43c9-81e0-41fcb8e6e9cc..jpg

Yaxın zamanlarda Çinin müxtəlif şəhərlərində Azərbaycan ticarət evləri açılacaq

Baxış sayı: 314 dəfə baxılıb.

Yaxın zamanlarda Çinin müxtəlif şəhərlərində Azərbaycan ticarət evləri açılacaq
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Yaxın zamanlarda Çinin müxtəlif şəhərlərində Azərbaycan ticarət evlərinin
açılması gözlənilir”.

APA-nın xəbərinə görə, bunu Çinin Azərbaycandakı Səfirliyinin müvəqqəti işlər
vəkili Dinq Tao Bakıda keçirilən “Azərbaycan-Çin Münasibətlərin Yenidən
Qiymətləndirilməsi: İrəliyə Doğru Yol” mövzusunda konfransdakı çıxışı zamanı
bildirib.

O deyib ki, ölkələrimiz arasında əməkdaşlıq imkanlarının genişləndirilməsi
üçün çoxsaylı fürsətlər mövcuddur:

“Bu konfrans Asiyada qarşılıqlı fəaliyyət, beynəlxalq ədalətin təminatı və
digər məsələlər baxımından çox önəmlidir. Əməkdaşlığımızın genişləndirilməsində
rəsmi Pekin və Si Cinpin də çox maraqlıdır. Biz həm “Bir kəmər – Bir yol”, həm
də alternativ enerji sahəsində əməkdaşlıq edirik. Ölkələrimiz ikitərəfli
ticarəti də stimullaşdırır. 2023-cü ildə qarşılıqlı ticarətin həcmi 43 faiz
artıb. Azərbaycandan bir çox tələbə məhz Çində təhsil almağa üstünlük verir.
İki ölkə arasında ticarət sahəsində əməkdaşlıq imkanları genişlənməkdədir.
Yaxın zamanlarda Çinin müxtəlif şəhərlərində Azərbaycan ticarət evlərinin
açılması gözlənilir”.

Source link