df51caba-693f-4e18-9e5c-1ad76a37d5e4..jpg

“Yaxşı oğlanları saxlamayın, komandir” dedi, həbs olundu

Baxış sayı: 463 dəfə baxılıb.

“Yaxşı oğlanları saxlamayın, komandir” dedi, həbs olundu

Bakıda yolda hərəkətdə olarkən polislərə “yaxşı oğlanları saxlamayın,
komandir” deyən şəxs həbs edilib.

“Qayanrinfo”nun məlumatına görə, hadisə 11 avqust 2023-cü il tarixdə, təxminən
saat 17:00 radələrində baş verib.

1990-cı il Bakı şəhərində anadan olan Hacıəli içkili olduğu üçün “Ford
Transit” markalı avtomobilini dostu idarə edib. Özü isə sərnişin qismində
hərkətdə olarkən avtomobilin şüşəsini aşağı salıb, əlini bayıra çıxararaq
polislərə “yaxşı oğlanları saxlamayın, komandir” deyib. Buna görə polislər
onları Sabunçu körpüsünün yaxınlığında saxlayıb, onun kəmərdən istifadə
etmədiyini, polisləri təhqir etdiyini deyiblər. Bu hərəkətinə görə həmin şəxs
məcburi qaydada avtopatrula əyləşdirilərək, polis bölməsinə aparılıb, nəqliyyat
vasitəsini isə şəxsin etibarnaməsi olmadığına görə duracağa aparıblar.

Hacıəli məhkəmədən iki azyaşlı uşağının olduğunu, cavan qardaşının vəfat
etdiyini nəzərə almağı məhkəmədən xahiş edib. Cavan qardaşının ölümünə üzülərək
içki içdiyini deyib.

Məhkəmənin qərarı ilə Hacıəli İnzibati Xətalar Məcəlləsinin 535.1-ci
maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib,
barəsində 10 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilib.

Source link