e1a274e1-d9bd-49f5-9739-263229b6089f..jpg

Yayda toz, qışda isə palçıq: Biləsuvarda bəzi məhəllə və kənd arası yollar bərbad vəziyyətdədir – VİDEO

Baxış sayı: 563 dəfə baxılıb.

Yayda toz, qışda isə palçıq: Biləsuvarda bəzi məhəllə və kənd arası yollar
bərbad vəziyyətdədir – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Biləsuvarda su basmış və palçıqlı yollar sakinlər üçün çətinlik yaradır.

Xezerxeber.az xəbər verir ki, söhbət Biləsuvarın Bəydili kəndindən gedir.
Kəndin yolları bərbad haldadır. Bir neçə gün əvvəl ölkə ərazisinə yağan qar
vəziyyəti daha da çətinləşdirib.

Kənd sakinləri deyirlər ki, uşaqlar qışda məktəbə gedə bilmirlər. Problem
bununla da bitmir. Yağış yağan kimi qrunt suları həyətlərə və evlərin
zirzəmilərinə dolur.

Bu yollarda nəqliyyat vasitələri də çətinliklə hərəkət edirlər. Sakinlər
bildiriblər ki, məsələ ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr
də, heç bir nəticəsi olmayıb.

Məsələ ilə bağlı Bəydili Kənd Bələdiyyəsinin sədri İlqar Kərimov bildirib ki,
vəziyyətin bu həddə çatmasına səbəb sakinlərin özlərinin yaratdıqları
maneələrdir. Bələdiyyə qrunt sularının axması üçün kanallar qazır, sakinlər isə
oraya zibil tökərək doldururlar.

Ətraflı süjetdə:


Source link