043905b4-02b3-48ff-9a1d-ecbca85d3403..jpg

Yazıçı Anar Əjdər Olun əfvi üçün Prezidentə müraciət etdi

Baxış sayı: 915 dəfə baxılıb.

Yazıçı Anar Əjdər Olun əfvi üçün Prezidentə müraciət etdi

Gələn ay mərhum Prezident Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə
bağlı əfv sərəncamının olacağı gözlənilir. Artıq Azərbaycan Respublikasının
Prezidenti yanında Əfv Məsələləri Komissiyası da prosesə başlayıb. Komissiya
tərəfindən bir neçə iclas keçirilib və müraciətlərə baxılıb. Ümumilikdə əfv
üçün müraciət edən məhbusların kimliyi, müraciət edənlər arasında siyasi məhbus
adlandırılan şəxslərin, yazıçı adlarının olması da cəmiyyəti maraqlandıran əsas
məsələlərdəndir.

Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən Azərbaycan Yazıçılar Birliyinin
sədri, Xalq yazıçısı Anar Rzayev bildirib ki, budəfəki əfv sərəncamından
gözləntiləri böyükdür:

“Çox istərdim ki, Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı əfv
sərəncamına dəyərli dostumuz Əjdər Cəbiyevin də adı düşsün. Çünki hər şeydən
öncə Əjdər Ol bizim dəyərli şairimizdir. Bir yerdə çalışmışıq. Düzdür, günahı
var və cəzasını çəkir. Amma onun yaradıcı fəaliyyəti nəzərə alınaraq əfv
olunmasını istərdim. Bununla bağlı açıq şəkildə prezidentə də müraciət etmişəm”.

Xatırladaq ki, Əjdər Cəbiyev Cinayət Məcəlləsinin 179.3.2-ci (Mənimsəmə,
külli miqdarda törədildikdə) 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə)
311.3.1, 311.3.2 və 311.3.3-ci (külli miqdarda rüşvət alma) maddələri ilə
təqsirli bilinib.

O, məhkəmənin hökmü ilə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Ə.Cəbiyev Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əjdər Ol təxəllüsü ilə
tanınan şair-publisistdir.

Source link