d932fe2f-27c6-4502-9ee7-ed472b2de6f0..jpg

Yazıçı Anar: “AYB İlham Əliyevin prezidentliyə namizədliyini dəstəkləyir”

Baxış sayı: 551 dəfə baxılıb.

Yazıçı Anar: “AYB İlham Əliyevin prezidentliyə namizədliyini dəstəkləyir”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Yazıçılar Birliyi (AYB) İlham Əliyevin prezidentliyə namizədliyini
dəstəkləyir.

“Report” xəbər verir ki, bu barədə qurumun sədri, Xalq yazıçısı Anar Rzayev
Yaradıcı ittifaqların və mədəniyyət xadimlərinin l qurultayında bildirib.

Onun sözlərinə görə, yeni il Azərbaycanın mədəniyyət sahəsində mühüm
hadisələrlə yadda qalacaq:

“Gələn il AYB-nin 90 illiyi qeyd olunacaq. Yazıçılar Birliyinin tarixində qara
səhifələr, ağır günlər də olub. Amma bununla bərabər sovet dövründə Azərbaycan
ədəbiyyatını yaşadan AYB olub. 44 günlük Vətən müharibəsində tarixi qələbə
qazanmışıq. Bu qələbədə başda Ali Baş Komandan İlham Əliyev olmaqla həm də
ədəbiyyatın, incəsənətin də rolu var. Gələn il fevralın 7-də növbədənkənar
prezident seçkisi keçiriləcək. Biz hər zaman olduğu kimi Ali Baş Komandan İlham
Əliyevi dəstəkləyir və onun yanında olduğumuzu bildiririk”.

Source link