Yazıçı Nobel mükafatından imtina etdi

Baxış sayı: 2. 582 dəfə baxılıb.

Yazıçı Nobel mükafatından imtina etdi

Yaponiyalı yazıçı Haruki Murakami ədəbiyyat üzrə Nobel mükafatı qazanmaq şansından imtina edib.

Bu barədə ÇıxışYolu.Com “Kyodo” agentliyinə istinadla xəbər verir.

Nəşrin yazdığına görə, Murakami İsveç Akademiyası ilə əlaqə saxlayıb və onun adının 2018-ci il üçün tərtib edilən nominantlar siyahısından çıxarılmasını istəyib. 

Bu qərarını yazıçı diqqətini kitab yazmağa yönəltməsi və medianın diqqətindən uzaq olmaq istəyi ilə əsaslandırıb.

Yaponiyalıdan savayı nominantlar sırasına fransalı yazıçı Mariz Konde, ingiltərəli fantast Nil Geyman və Vyetnamda dünyaya göz açan kanadalı yazıçı Kim Txuyi daxil edilib.

www.ÇıxışYolu.Com