Yeddi dəfə ad dəyişdirən agentlik 100 yaşın astanasında

Yeddi dəfə ad dəyişdirən agentlik 100 yaşın astanasında

Baxış sayı: 4. 075 dəfə baxılıb.

Azərbaycanın ilk milli xəbər agentliyi olan AZƏRTAC-ın fəaliyyətə başlamasından 99 il ötür.

AZƏRTAC 1920-ci il martın 1-də Azərbaycan hökuməti tərəfindən yaradılıb. Azərbaycanın keçmiş SSRİ-nin tərkibində olduğu 70 ildə agentliyin adı yeddi dəfə dəyişdirilib. 

Azərbaycan yenidən dövlət müstəqilliyi əldə etdikdən sonra agentlik özünün tarixi adını bərpa edib. 1995-ci il martın 3-dən Nazirlər Kabineti yanında Dövlət Teleqraf Agentliyi, 2000-ci il yanvarın 17-dən Azərbaycan Dövlət Teleqraf Agentliyi adlandırılıb.

Yeddi dəfə ad dəyişdirən agentlik 100 yaşın astanasında

Agentlik rəsmi dövlət xəbərləri ilə yanaşı, ictimai-siyasi, iqtisadi mövzularda, elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ətraf mühit və s. haqqında fasiləsiz olaraq sutka ərzində Azərbaycan, rus, ingilis, alman, fransız, ərəb və Çin dillərində dəqiq informasiya dərc edir.

AZƏRTAC Rusiya, Türkiyə, Çin, Rumıniya, Ukrayna, İtaliya, Yaponiya, İspaniya və digər dünya ölkələrinin informasiya agentlikləri ilə əməkdaşlıq haqqında sazişlər imzalayıb.

Yeddi dəfə ad dəyişdirən agentlik 100 yaşın astanasında

AZƏRTAC Müstəqil Dövlətlər Birliyinin üzvü olan ölkələrin Milli İnformasiya Agentlikləri Assosiasiyasının (ANİA), Türkdilli Ölkələrin Xəbər Agentlikləri Birliyinin (TKA), Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin milli informasiya agentlikləri assosiasiyasının (PANİA) təsisçilərindən biridir.

AZƏRTAC 2016-cı il noyabrın 18-də OANA-nın Bakıda keçirilən XVI Baş Assambleyasında bu təşkilatda sədrlik vəzifələrinin icrasına başlayıb və 2013-cü il noyabrın 20-də Səudiyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riyad şəhərində dünyanın 70-dən çox mötəbər xəbər agentliyinin qatıldığı Dünya Xəbər Agentliklərinin IV Konqresində 2016-2019-cu illərdə Dünya Xəbər Agentlikləri Konqresinə sədr seçilib. 

Agentliyin ABŞ, İngiltərə, Fransa, Almaniya, Avstriya, Latviya, Macarıstan, Rusiya, Ukrayna, Misir, Türkiyə, Gürcüstan, İran, Qazaxıstan, Özbəkistan, Rumıniya, İspaniya, İtaliya, İsveç, Çin və Yaponiyada, respublikanın bölgələrində müxbir məntəqələri fəaliyyət göstərir.

AZƏRTAC foto və yazılı informasiyalarla yanaşı, ölkənin sosial, siyasi, iqtisadi, idman həyatından videoxəbərlər hazırlayır, onları internet resursunda və sosial şəbəkələrdə yayır. 

Yeddi dəfə ad dəyişdirən agentlik 100 yaşın astanasında

2015-ci il fevralın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc-ın) adı dəyişdirilərək Azərbaycan Dövlət İnformasiya Agentliyi (AzərTAc) adlandırılıb.

Yeddi dəfə ad dəyişdirən agentlik 100 yaşın astanasında

2016-cı il noyabrın 24-də “Dövlət orqanı” hüquqi statusuna malik Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) əsasında “Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC)” publik hüquqi şəxs yaradılıb.

2018-ci il martın 15-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamı ilə Aslan Aslanov Azərbaycan Dövlət İnformasiya Agentliyinin İdarə Heyətinin sədri təyin edilib.

ÇıxışYolu.Com kollektivi olaraq AZƏRTAC-ı 99 yaş münasibəti ilə təbrik edirik, həmkarlarımıza bol-bol xəbərlər və uğurlar arzulayırıq!

Yeddi dəfə ad dəyişdirən agentlik 100 yaşın astanasında