Yeddi illik cinayətin üstü açıldı

Yeddi illik cinayətin üstü açıldı

Baxış sayı: 5. 956 dəfə baxılıb.

Goranboy rayonunun İrəvanlı kəndində Hüseynova Rəxşəndə Çingiz qızı qətlə yetirilib.

ÇıxışYolu.Com xəbər verir ki, faktla bağlı mərhumun doğma qardaşları – 1985-ci il təvəllüdlü Aydın Hüseynov və 1988-ci il təvəllüdlü Aqil Hüseynov şübhəli qismində saxlanılıblar.

Hüseynovlar 2011-ci ildə bacılarının cəsədini öz evlərinin zirzəmisində basdırıblar.

Qızın yoxa çıxmasını qardaşları onun Bakıya getməsi ilə izah ediblər. Onlar qonşulara deyiblər ki, bacıları onları rüsvay etdiyindən onun başına nə iş gəldiyindən xəbərləri yoxdur və kənd sakinləri buna inanıblar.

Düz yeddi ildən sonra Goranboy rayonu Polis Şöbəsinin əməliyyatçıları aşkar ediblər ki, Hüseynova heç yerə getməyib.

İstintaq materiallarına əsasən, qətl hadisəsi ailənin şərəf və ləyaqətinə toxunulması zəminində baş verib. Boşanmış Hüseynova kişilərlə görüşməyə başlayıb və qardaşlar da vaxtaşırı bu barədə xəbər tutublar. Bu, onları çox qəzəbləndirib.

Hüseynovlar bacılarını cavab vermək üçün çağırıblar və münaqişə baş verib. Nəticədə qardaşlar Rəxşəndəni boğublar. Sonra isə onlar cəsəddən canlarını qurtarıblar və yalnız yeddi ildən sonra onların bu cinayətinin üstü açılıb.

Faktla bağlı istintaq davam edir.

www.ÇıxışYolu.Com