Yeddi oğlan maşının şüşəsini qırıb tələbə qızı qaçırdı – VİDEO

Yeddi oğlan maşının şüşəsini qırıb tələbə qızı qaçırdı – VİDEO

Baxış sayı: 3. 694 dəfə baxılıb.

Ağcabədi rayonunda 21 yaşlı tələbə qızı qaçırılıb. 

ÇıxışYolu.Com-ın Xəzər TV-yə istinadən məlumatəna görə, hadisə üç gün əvvəl qızın dərsdən evə qayıtdığı zaman baş verib.

Yeddi oğlan avtomobilin şüşələrini sındıraraq qızı maşından çıxarıblar, ona zor tətbiq edərək qaçırıblar.

Bildirilir ki, Laçın rayonundan məcburi köçkün olan 21 yaşlı Sevinc Musayeva Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialının 4-cü kurs tələbəsidir.

Bir müddət əvvəl İsmayıllı rayonunda məskunlaşmış, Laçın rayonundan olan bir ailədən Sevinc Musayeva üçün elçiliyə gəliblər. Anası deyir ki, onlara yox cavabı veriləndən sonra bu hadisə yaşanıb. Hazırda qızı qaçıran tərəf Sevincin valideynlərinə gənclərin ailə qurmalarına icazə vermələrini xahiş edir. Amma Musayevlər ailəsi deyir ki, qızın özü də həmin ailəyə gəlin köçmək istəmir.

Qızından xəbər ala bilməyən valideynlər hüquq-mühafizə orqanlarına məlumat veriblər. Rayon polis şöbəsindən verilən məlumata görə, faktla bağlı cinayət məcəlləsinin adam oğurluğu maddəsi ilə cinayət işi açılıb. Həm qızın, həm də onu qaçıran oğlanın tapılması istiqamətində əməliyyat axtarış tədbirləri davam etdirilir.

www.ÇıxışYolu.Com