4115065a-1efc-4000-a098-fb0a3676fb8c.webp

Yeddi yaşlı Ümidin yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var

Baxış sayı: 146 dəfə baxılıb.

Yeddi yaşlı Ümidin yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.

Bu barədə Cixisyolu.com-a onun anası Ruhiyyə Ağanmədova məlumat verib.

O bildirib ki, övladı avqustun 15-də ehtiyatsızlıq səbəbindən ağır yanıq
xəsarətləri alıb:

“Ümid yeddi yaşındadır. Avqustun 15-də həyətdə oynayarkən qaynar su vedrəsini
üzərinə aşırıb. Nəticədə ayaqları və qolları ağır yanıq xəsarətləri alıb. Həmin
gün bizi Bakıda yerləşən xəstəxanalardan birinə göndərdilər. Bir müddət orada
müalicə aldıqdan sonra evə buraxıldıq.”

Ruhiyyə Ağanmədova övladının müalicəsi üçün maddi dəstəyə ehtiyaclarının
olduğunu qeyd edib:

“Ümidin mazlarını və dərmanlarını almaq üçün hazırda 500 manata ehtiyacımız
var. Yardımsevər insanlardan bizə dəstək olmalarını xahiş edirik. İnanın, bu
günlər ərzində əlimizdə olan bütün imkanları onun müalicəsi üçün istifadə
etmişik. Artıq buna gücümüz qalmayıb”.

Ailə ilə əlaqə: (055) 952-50-89.

UniBank: 5243 7544 4323 0709.

Source link