Tatarıstanda fitnes mərkəzinin ərazisində qorxulu hadisə baş verib. Məşqçisi ilə üzgüçülük dərsində iştirak edən yeddi yaşlı oğlan batmağa başlayıb və boğulub. Son anda xilas edilən uşağın vəziyyəti göz qarşısında pisləşməyə başlayıb və komaya düşüb. Hazırda tibb mərkəzinin həkimləri oğlanın həyata qayıtması üçün əllərindən gələni edirlər.
Hüquq-mühafizə orqanları isə faciənin baş verdiyi şəraiti öyrənir və günahkarların məsuliyyətə cəlb olunması üçün çalışırlar.
İstintaqa görə, oğlan suyun altında cəmi dəqiqə yarım qalıb.
Hazırda Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 238-ci maddəsi (təhlükəsizlik qaydalarına cavab verməyən xidmətin göstərilməsi) ilə cinayət işi açılıb.