Rusiyanın Yekaterinburq şəhərində silahlı insident baş verib.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə şəhərin istintaq komitəsi məlumat yayıb.
Şəxsi mübahisə zəminində baş vermiş atışmada iki nəfərin həlak olduğu bildirilir.
Məlumata görə, özəl şirkətlərdən birinin ofisinə keçmiş direktor, ardınca isə həmin firmanın sahibi gəlib. Tərəflər arasında mübahisə düşüb. Şirkətin sahibi keçmiş direktoru tənbeh edərək, onun səriştəsizliyi nəticəsində külli miqdarda ziyan gördüyünü bildirib.
Mübahisənin gərginləşməsindən sonra şirkətin keçmiş sahibi üzərində olan tapançadan atəş açıb, daha sonra isə intihar etməyə çalışıb.
Keçmiş direktor hadisə yerində keçinib, atəş açan şəxs tibbi yardımın göstərilməsinə baxmayaraq sonradan dünyasını dəyişib.
İnsidentlə bağlı Rusiyanın CM-nin 105-ci maddəsi ilə cinayət işi açılıb.