e3065331-3b48-49cd-8323-ccb247dff1fb..jpg

Yemək bişirməyən arvadını döyən kişi cəzasız qaldı

Baxış sayı: 551 dəfə baxılıb.

Yemək bişirməyən arvadını döyən kişi cəzasız qaldı
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sumqayıt Şəhər Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada
təqsirləndirilən Səməd Əkbərovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı
yekunlaşıb.

Pravda.az xəbər verir ki, hakim Samir İsmayılovun sədrliyi ilə keçirilən
prosesdə hökm oxunub. Məhkəmənin hökmü cinayət işinə xitam verilib və o,
cinayət məsuliyyətindən azad edilib.

İttihama görə, hadisə bu il Sumqayıt şəhəri ərazisində yerləşən evlərin
birində qeydə alınıb.

Belə ki, Səməd Əkbərov evdə olan zaman həyat yoldaşı Dünya Ələkbərova (şərti)
ilə aralarında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Nəticədə o, şüşə
bakalla qadının ayağından, sərinkeşlə isə kürəyindən vuraraq, ona qəsdən
sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarəti yetirib.

Məhkəmə iclasında Səməd Əkbərov elan olunmuş ittiham üzrə özünü təqsirli
bilərək ifadəsində göstərib ki, həyat yoldaşı Dünyadan yemək istəyib, qadın ona
yemək bişirmədiyini deyib. Mübahisə də elə bunun üstündə baş verib. Daha sonra
o, arvadını vurduğunu bildirib.

Source link