8c6565bf-0372-4951-bc81-81f14c0b1083..jpg

Yeni ailə quran bacısının evinə qonaq getdi, qızıllarını oğurladı

Baxış sayı: 627 dəfə baxılıb.

Yeni ailə quran bacısının evinə qonaq getdi, qızıllarını oğurladı
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Naxçıvanda bacısının qızıllarını oğurlayan qadının məhkəmə prosesi başa çatıb.

“Qafqazinfo”nun məlumatına görə, Culfa Rayon Məhkəməsində keçirilən prosesdə
Nigar Qurbanova (ad-soyad şərtidir) bir il azadlıqdan məhrum edilib. Onun
cəzası şərti hesab edilib və altı ay sınaq müddəti təyin olunub.

Məhkəmədə təqsirləndirilən şəxs ifadəsində bildirib ki, bacısı Gülnaz (ad
şərtidir) yeni ailə həyatı qurduğundan və Yeni il bayramı qeyd etdiyindən yaxın
qohumları ilə birgə onlara qonaq gediblər.

Yemək yedikdən sonra bacısı Gülnaz öz otağına keçərək paltar ütülüməyə
başlayıb. Bacısı paltarı ütülədikdən sonra ütünü Nigara verərək əşyanı termonun
içərisinə qoymasını xahiş edib. Nigar bacısının otağındakı termonu açanda orada
qızıl qutusunu görüb.

Qutunu açan qadın qızılları görüb və bir cüt sırğa, bir ədəd qolbaq, bir ədəd
boyunbağı və bir ədəd üzüyü cibinə qoyaraq otaqdan çıxıb, ardınca isə evə gedib.

Bir müddət sonra Gülnaz bacısına zəng vuraraq, qızıllarını tapa bilmədiyini,
ondan qızılları götürüb-götürmədiyini soruşub. Nigar isə ona qızıllardan xəbəri
olmadığını bildirib.

Nigar Qurbanova bundan sonra polisə dəvət edilib, orada artıq işin üstünün
açılacağını anlayıb və bacısına məxsus olan qızılları götürdüyünü etiraf edib.

Qeyd edək ki, təqsirləndirilən Nigar Qurbanova səkkiz aylıq hamilədir.

Source link