Yeni ailə quran gənclərə bayraq hədiyyə ediləcək

Yeni ailə quran gənclərə bayraq hədiyyə ediləcək

Baxış sayı: 1. 587 dəfə baxılıb.

Yeni ailə quran gənclərə bayraq hədiyyə ediləcək

Gənclər və İdman Nazirliyinin 9 noyabr – Bayraq günü münasibəti “İradənlə qalib gəl!” şüarı altında həyata keçirdiyi aksiyalar davam edir.

Bu barədə ÇıxışYolu.Com-a nazirliyin Mətbuat katibi Səmayə Məmmədova məlumat verib.

O qeyd edib ki, 4-8 noyabr tarixlərində Zaqatalada və İsmayıllıda yeni ailə quran gənclərə Dövlət Bayrağı hədiyyə ediləcək:

“Bu təşəbbüs ölkəmizdə yeni ənənənin qoyulmasında birinci addımdır. Biləsuvar və Samux gəncləri “Bayraqdar” intellektual-əyləncəli komanda yarışında iştirak edib. Açıq havada keçirilən bu yarışda məqsəd verilmiş tapşırıqlar əsasında daha çox Bayraq toplamaq olub.

Lerik rayonunda gənclər milli intellektual oyunu olan “Xəmsə” yarışında iştirak edib. Bu dəfə bütün suallar müstəqilliyimiz, dövlətimiz, Bayrağımızla bağlı olub. Göygöl və “SportFest” əyləncəli yarışları təşkil edilib, yüzlərlə gənc iştirak edib”.

Qeyd edək ki, 1-9 noyabr tarixlərində ölkə gənclərinin “İradənlə qalib gəl!” şüarı altında müxtəlif səpgili çoxsaylı aksiyaları keçirilir. Bu sırada 1-3 noyabr tarixlərində Nazirliyin tabeliyində olan 34 Olimpiya İdman Kompleksində “Açıq qapı” aksiyası keçirilib.

Bu təşəbbüsə Şamaxı və Masallı Gənclər və idman İdarələri də könüllü olaraq qoşulmuşdur. Tədbirlərdə bütövlükdə 20 minədək gənc iştirak edib.

Bakı şəhərində VI Bayraq Festivalı keçirilib. Bayrağımızın tarixi ilə bağlı xüsusi hazırlanmış və ilk dəfə təqdim edilmiş bədii kompozisiyanı 800-dən artıq gənc tamaşaçı izləyib.