Yeni Benito Mussolini İtaliyanı qorxuya saldı

Yeni Benito Mussolini İtaliyanı qorxuya saldı

Baxış sayı: 2. 174 dəfə baxılıb.

İtaliyada övladlarını Benito Mussolini adlandıran valideynlər məhkəmə qarşısına çıxarılıb. 

ÇıxışYolu.Com bununla bağlı “The Local” nəşrinə istinadla məlumat verib. 

Qeyri-adi ad Qenuya şəhər sakinlərini təşfişə salıb. Məmurların sözlərinə görə, bu ad uşağın gələcək həyatına mənfi təsir göstərə bilər. 

Ancaq qəzet yazır ki, valideynlər faşist diktaturasının tərəfdarları sayılmır, oğlanlarının adını isə babalarının şərəfinə qoyublar. 

Valideynlərin adı dəyişdirməyə məcbur edilib-edilməyəcəyi məlum deyil. 

Benito Mussolini – İtaliya faşizminin yaradıcılarındandır, Milli Faşist Partiyasının lideri olub. Diktator 1922-1943-cü illərdə ölkən idarə edib. 

www.ÇıxışYolu.Com