1ca8c332-fdf7-4369-a62d-ac351dcfaa6d..jpg

Yeni binalarda əhali sayına uyğun parkinq niyə yoxdur? – VİDEO

Baxış sayı: 595 dəfə baxılıb.

Yeni binalarda əhali sayına uyğun parkinq niyə yoxdur? – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sakinlər nəqliyyat vasitələrini əsasən binaların həyətyanı sahələrində və ya
ətrafında park edirlər. Xüsusən də nizamsız parklanma yanğınsöndürmə, xilasetmə
və digər iriqabaritli xüsusi təyinatlı nəqliyyat vasitələrinin operativ
hərəkətinə mane olur.

Xezerxeber.az-ın məlumatına görə, paytaxtda vətəndaşlardan birinin çəkdiyi bu
görüntülər də sözügedən məsələni daha da aktuallaşdırır.

Fövqəladə Hallar Nazirliyi (FHN) bununla əlaqədar əhaliyə müraciət edib.

Tikinti məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, yolların hərəkət
hissəsində nəqliyyat vasitələrinin park edilməsi sürücü məsuliyyətsizliyi ilə
yanaşı, parkinqlərin az olmasından da irəli gəlir:

“Xüsusən yeni tikilən binalarda avtomobillər üçün duracaqların olmaması həmin
ərazilərdəki yollarda ciddi sıxlıq yaradır”.

E.Fərzəliyevin sözlərinə görə, yeni binalarda qarajların baha olması da
məsələyə birbaşa təsir edir.

Ətraflı süjetdə:


Source link