a4419047-28d0-4380-a777-108bcac85ee8..jpg

“Yeni Günəşli”də narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan dörd nəfər saxlanılıb – VİDEO

Baxış sayı: 518 dəfə baxılıb.

“Yeni Günəşli”də narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan dörd nəfər
saxlanılıb – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Yeni Günəşli” yaşayış massivində keçirilən tədbirlər zamanı narkotiklərin
qanunsuz dövriyyəsi ilə məşğul olan dörd nəfər saxlanılıb, könüllü olaraq
polisə iki ədəd odlu silah təhvil verilib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin
əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində “Yeni Günəşli”
qəsəbəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha dörd
nəfər saxlanılıb. Həmin şəxslərdən bir kiloqrama yaxın psixotrop maddə
metamfetamin və heroin aşkar olunaraq götürülüb. Saxlanılan şəxslərdən ikisi
əvvəllər məhkum olunmuş T.Səfərli və Ö.Hacıəhmədovun Yeni Günəşli qəsəbəsində
evlərdən kondisioner oğurladıqları da müəyyən edilib.

Həmçinin, ötən gün “Yeni Günəşli”də müvafiq sənədləri olmayan iki ədəd odlu
silah vətəndaşlar tərəfindən könüllü olaraq 33-cü Polis Bölməsinin
əməkdaşlarına təhvil verilib.


Source link