1eca5ccb-8cd6-4859-8bbf-eaf38dfa37fe..jpg

Yeni güzəştlər Azərbaycanda fermerlərin yem xərclərini AZALDACAQ

Baxış sayı: 731 dəfə baxılıb.

Yeni güzəştlər Azərbaycanda fermerlərin yem xərclərini AZALDACAQ

Azərbaycanda bəzi bitki toxumları, çörəkçilik məhsulları, heyvan yemləri, yem
əlavələri, gübrə idxalının Nazirlər Kabinetinin qərarına əsasən 2023-cü ilin
sonunadək gömrük rüsumundan azad edilməsi yem xərclərinin 10 %-dək azalmasına
səbəb olacaq.

Bunu “Report”a açıqlama verən Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar
Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə bildirib.

Onun sözlərinə görə, bu qərar heyvandarlıq və quşçuluqla məşğul olan intensiv
fermaların yem xərclərinin azalmasını təmin edəcək.

“Bu, dünya bazarında yem məhsullarının qiymətlərinin artımının fermerlərə
təsirini azaltmaq üçün verilmiş qərardır.

Yem xərclərinin azaldılması hesabına quş əti və yumurtanın qiymətində artım
baş verməyəcək. Toxumların idxal gömrük rüsumundan azad edilməsi fermerlərin
istehsal xərclərini azaldacaq və buda özlüyündə bazar qiymətlərinə təsir
edəcək”.

F. Fikrətzadə hesab edir ki, ilin sonunda qiymətlərdə ciddi azalma baş
verərsə, bunu qərarın müddətinin uzatmağa ehtiyac olmayacaq: “Amma yenədə yem
məhsullarının qiyməti yüksək səviyyədə qalarsa, güzəşt müddəti yenidən
uzadılacaq”.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı fevralın 7-dən qüvvəyə minib.

Source link