30be2c46-c429-4251-b721-21cf32060070..jpg

Yeni ildən indiyədək Xankəndi-Laçın yolunda 451 avtomobil maneəsiz keçid edib

Baxış sayı: 853 dəfə baxılıb.

Yeni ildən indiyədək Xankəndi-Laçın yolunda 451 avtomobil maneəsiz keçid edib

2022-ci il dekabrın 31-dən indiyədək Şuşadan keçən Xankəndi-Laçın yolunda
Rusiya sülhməramlılarına və Beynəlxalq Qırmızı Xaç Komitəsinə məxsus ümumilikdə
451 avtomobil maneəsiz şəkildə hərəkət edib.

“Report”un aksiya keçirilən ərazidəki əməkdaşının əldə etdiyi məlumata görə,
etirazların ilk günündə olduğu kimi, son 18 gündə də həmin maşınların toplanış
yerində hərəkət etməsinə şərait yaradılıb.

Belə ki, həm minik, həm də yük maşınları Xankəndi-Laçın yolunun hər iki
istiqamətinə keçid ediblər.

Onu da qeyd edək ki, indiyədək Xankəndidən Laçın istiqamətinə keçid edən
beynəlxalq təşkilata məxsus avtomobillərin içərisində erməni ailələr də
olublar. Həmin maşınlar geri qayıdanda isə nəqliyyat vasitələrinin yük yerində
dərman preparatları və uşaq qidaları Xankəndi istiqamətinə aparılıb.

Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq,
humanitar məqsədlər üçün açıqdır.

Xatırladaq ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan
yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı fəallar və ekologiya üzrə
qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi
rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin
komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat
Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi
yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar
Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin
müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının
qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin
monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından
monitorinq baş tutmayıb.

2022-ci il dekabrın 12-dən başlayan etiraz aksiyası 37 gündür davam edir.

Source link