8b913e36-1f77-487d-94cb-9c7e43775d7e..jpg

Yeni ilin ilk gecəsi Bakıda DAVA: İçkili şəxs polisin poqonunu cırdı

Baxış sayı: 2. 893 dəfə baxılıb.

Yeni ilin ilk gecəsi Bakıda DAVA: İçkili şəxs polisin poqonunu cırdı

Bakıda 1999-cu il təvəllüdlü, Gürcüstan Respublikasının vətəndaşı Nadir
Əfəndiyev (şərtidir) polisin poqonunu cırıb.

Cixisyolu.com-ın əldə etdiyi məlumata əsasən, hadisə bu ilin ilk günündə – 2022-ci
ilin yanvarın 1-də baş verib.

Belə ki, həmin tarixdə 3-cü mikrorayon dairəsində yerləşən “Dəli Kür”
kafesinin qarşısında, gecə saat 2 radələrində içkili vəziyyətdə olan Nadir
söyüş söyərək nalayiq ifadələr işlədib.

Onun söyüş söyməsinə səbəb isə kafedən çıxarkən dostlarından biri ilə mübahisə
etməsi olub.

Bundan sonra sahə inspektoru da daxil olmaqla bir neçə polis əməkdaşı həmin
şəxsə yaxınlaşıb, qanuni tələblərini səsləndiriblər ki, ictimai qaydalara əməl
etsin.

Nadir daha da aqressivləşərək polis əməkdaşları ilə əlbəyəxa olub. Əlbəyaxa
zamanı polis əməkdaşlarından birinin poqonunu cırıb və təhqirlər səsləndirib.

Polis əməkdaşları həmin şəxsi polis idarəsinə aparmağa nail olublar.

Polis idarəsində təqsirləndirilən şəxs əməlindən peşman olduğunu bildirib.

Həmin şəxs İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə
nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinib.

Məhkəmənin qərarı ilə onun barəsində 15 gün müddətinə inzibati həbs tətbiq
edilib.

Aqşin Kərimov

Source link