Yeni Kaledoniyadakı iğtişaşlarda ölənlər və yaralananlar var
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Təhlükəsizlik qüvvələri ötən gecə Yeni Kaledoniyanın paytaxtı Numea şəhərində
iğtişaşlar zamanı 140 nəfəri həbs edib.
Məlumata görə, iğtişaşlar nəticəsində üç nəfər ölüb. Fransanın ali komissarı
Lui Le Frank daha əvvəl açılan atəş nəticəsində bir nəfərin öldüyünü, iki
nəfərin isə yaralandığını bildirib.
Ali komissar vurğulayıb ki, iğtişaşçılarla mülki müdafiə qüvvələri arasında
atışma olub. Polis məntəqəsinə basqın cəhdi yaşanıb.
Fransanın daxili işlər naziri Jerald Dermanen bildirib ki, yüzlərlə insan, o
cümlədən 100-ə yaxın polis və jandarm əməkdaşı yaralanıb. Onlarla ev və ticarət
obyekti yanıb.
Qeyd edək ki, Yeni Kaledoniyanın paytaxtı Numea şəhərində baş verən etirazlara
cavab olaraq Fransa hakimiyyəti komendant saatı tətbiq edib və kütləvi
tədbirləri qadağan edib.
Mənbə: kommersant.ru