Yeni komandası Ueyn Runiyə cəmi üç ay tab gətirdi
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Ueyn Runi “Birmingem”in baş məşqçisi vəzifəsindən istefaya göndərilib.
Bildirilir ki, Çempionşip təmsilçisi komandanın pis nəticələrinə görə
ingiltərəli mütəxəssislə yolları ayırıb.
Ueyn Runi 2023-cü ilin oktyabrından “Birmingem”i çalışdırırdı.
Onun rəhbərliyi altında İngiltərə klubu 15 oyun keçirib, iki qələbə qazanıb,
üç matçda uduzub və dörd oyunda heç-heçə edib.
Xatırladaq ki, “Birmingem” hazırda Çempionşip cədvəlində 20-ci yerdədir.
Mənbə: Championat.com