5db4f796-ff38-46b6-9584-9d9419574770..jpg

Yeni layihəsi üçün İstanbulda olan Günel Zeynalova: “Üzümdə çox böyük dəyişiklik yoxdur” – FOTO

Baxış sayı: 980 dəfə baxılıb.

Yeni layihəsi üçün İstanbulda olan Günel Zeynalova: “Üzümdə çox böyük
dəyişiklik yoxdur” – FOTO

Türkiyədə olan azərbaycanlı müğənni Günel Zeynalova İstanbulun Nişantaşı
bölgəsində jurnalistlərin obyektivlərinə tuş gəlib.

O, son günlər xarici görünüşündəki dəyişikliklərlə bağlı sualları
cavablandırıb.

37 yaşlı müğənni deyib ki, üzündə ciddi estetik dəyişiklik etməyib:

“Bilirsiniz, mənim gözəllik mərkəzlərim var. Üzümdə çox böyük dəyişikliklər
yoxdur, xəfif toxunuşlar elətdirmişəm, sadəcə. Elə böyüdüldüyü kimi estetik
dəyişiklik etməmişəm”.

Qəribə geyim tərzi və üzündəki dəyişikliklərlə diqqət çəkən müğənni deyib ki,
uzun müddət Azərbaycanda olub və İbrahim Tatlısəsin də daxil olduğu bir albom
layihəsi üçün İstanbula gəlib.

Mənbə: Takvim

Source link