f0575487-13c9-44f2-8591-41fdb9ca4961..jpg

Yeni müavinətlər kimlərə veriləcək? – FOTO

Baxış sayı: 504 dəfə baxılıb.

Yeni müavinətlər kimlərə veriləcək? – FOTO

“Sosial müavinətlər haqqında” Qanuna təklif edilən düzəlişlər Milli Məclisin
Əmək və Sosial Siyasət Komitəsində müzakirə olunaraq plenar iclasa tövsiyə
olunub.

Cixisyolu.com xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq
komitəsinin üzvü Vüqar Bayramov dəyişikliklərlə yeni müavinətlərin kimlərə
veriləcəyi ilə bağlı suallara aydınlıq gətirib.

V.Bayramov qeyd edib ki, dəyişikliklərə əsasən, himayədar ailəyə verilmiş
uşağın, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsin tərbiyə
edilməsinə görə aylıq müavinətlər ödəniləcək:

“Bu müavinət himayədar valideynlərlə dövlət qurumu arasında uşağın, o cümlədən
18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsin himayədar ailəyə verilməsinə dair
müqavilə bağlanıldıqdan sonra ödəniləcək. Müavinətin məbləği dəyişikliklərin
qəbulundan sonra müəyyənləşəcək.

Digər dəyişikliyə əsasən, həmin uşaqlara mövsümi geyim alınması üçün
birdəfəlik müavinətlər də ödəniləcək. Bu zaman da oxşar müqavilənin bağlanması
əsas şərtdir. Bu müavinət müqavilə bağlanıldıqdan sonra ildə 4 dəfə (mart,
iyun, sentyabr və dekabr aylarında) ödənilməklə, həmin müqavilənin qüvvədə
olduğu müddətə təyin edilir”.

Deputatın sözlərinə görə, dəyişikliklərin məqsədi uşaqları himayəyə götürən
ailələrin sosial vəziyyətini daha da yaxşılaşdırmaq və kimsəsiz uşaqların
ailələrdə böyüməsini stimullaşdırmaqdır.

Source link