0eae04fe-85e7-4dea-a935-e39c7eff9d6d..jpg

Yeni Ramana qəsəbəsində axşam səkkizdən sonra avtobus niyə işləmir? – VİDEO

Baxış sayı: 551 dəfə baxılıb.

Yeni Ramana qəsəbəsində axşam səkkizdən sonra avtobus niyə işləmir? – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yeni Ramana qəsəbəsində avtobus problemi yaşanır.

Sakinlər bildirib ki, sözügedən əraziyə yalnız 214 nömrəli avtobus işləyir.
Həmin avtobus isə axşam səkkizə kimi fəaliyyət göstərir:

“Axşam səkkizdən sonra məcbur qalıb evə taksi ilə gedirik. Uşaqlar yağışlı
havada çox çətinliklə gedib-gəlirlər. Marşrutun hərəkət xətləri uzadılmalıdır,
həmçinin qəsəbə yeni avtobuslarla təmin olunmalıdır”.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib
ki, aparılan araşdırma nəticəsində marşrutun təyin olunmuş iş saatından tez
dayandırılması halları müəyyən edilib:

“Bununla bağlı daşıyıcıya xəbərdarlıq olunub. Marşrut üzrə avtobus sayının
sərnişin tələbatına uyğun istismar olunmayacağı və xəttin nizamlı təmin
edilməyəcəyi təqdirdə marşrutun müsabiqəyə çıxarılması nəzərdə tutulub”.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:


Source link