Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.
ÇıxışYolu.Com xəbər verir ki, Yeni Ramana qəsəbəsində naməlum şəxs 1994-cü il təvəllüdlü Dilanlı Bəhram Rasim oğlunun boğazını kəsərək ağır xəsarət yetirib.
Yaralı dərhal xəstəxanaya çatdırılıb. Ona boğazın kəsilmiş yarası diaqnozu qoyulub və reanimasiya şöbəsinə yerləşsirilib. Vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.
Kamil Əmirli, Elşad Mətləboğlu