0afe5ebb-f866-4bae-aad0-4830494c4c2c..jpg

Yeni reytinq açıqlandı: Azərbaycan dünyanın ən təhlükəsiz ölkələri arasındadır – FOTO

Baxış sayı: 569 dəfə baxılıb.

Yeni reytinq açıqlandı: Azərbaycan dünyanın ən təhlükəsiz ölkələri arasındadır
– FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Global Terrorism Index 2024” (GTI) Hesabatı ilə dövlətlərin terror
təhlükəsinə görə növbəti reytinq sıralanması təqdim edilib.

Cixisyolu.com xəbər verir ki, ərazisində terrorçuluq fəaliyyəti və terror təhlükəsi
ən yüksək olan ölkələr arasında ilk sıralara Burkina-Faso (8,571), İsrail
(8,143), Mali (7,998), Pakistan (7,916), Suriya (7,89), Əfqanıstan (7,825)
daxil edilib.

Qeyd olunan sıralamada İran (4,464) 26-cı, Türkiyə (4,168) 29-cu, ABŞ (4,141)
30-cu, Rusiya (3,016) 35-ci, Fransa (2,647) 38-ci, Norveç (1,747) 53-cü,
Ermənistan (0,423) 76-cı, Birləşmiş Ərəb Əmirlikləri (0,233) 79-cu, Litva
(0,059) 87-ci yerdə sıralanıb.

“Global Terrorism Index”(GTI) reytinq sıralanması indeksləri terror
hadisələri, ölümlər, ağır nəticələr, girovlar, terrorçuluqla mübarizə,
terrorçuluğun araşdırılması effektivliyi və digər çoxsaylı göstərici üzrə qəbul
edilmiş mürəkkəb hesablamalara əsaslanır.

Azərbaycan Respublikası terror təhlükəsi üzrə qeyd olunan sıralamada “0”
indekslə sonuncu – 89-cu yerdə Danimarka, Finlandiya, Qətər kimi ölkələrlə
birgə qərarlaşmaqla, dünyada terrorla bağlı ən təhlükəsiz ölkələrdən biri kimi
ən yüksək reytinqə yiyələnib.

Birləşmiş Millətlər Təşkilatı, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı
(OECD), Dünya Bankı və digər beynəlxalq təşkilatlar, akademik institutlar,
beyin mərkəzləri, qeyri-hökumət təşkilatlarının istinad mənbəyi kimi çıxış edən
“Global Terrorism Index” hesabatları İqtisadiyyat və Sülh İnstitutu (Institute
for Economics and Peace – İEP) tərəfindən dövri olaraq açıqlanır.

Məlum olduğu kimi, daha əvvəl Avropa Şurasının “Çirkli Pulların Yuyulmasına və
Terrorizmin Maliyyələşdirilməsinə qarşı Tədbirlərin Qiymətləndirilməsi üzrə
Ekspertlər Komitəsi”nin (MONEYVAL) Azərbaycan üzrə uzun müddət gözlənilən son
beş il üzrə qiymətləndirmə nəticələrinə görə Hesabatı açıqlanmış, terrorçuluğun
maliyyələşdirilməsi cinayətlərinin araşdırılması kriteriyası üzrə nəticələr
yüksək qiymətləndirilib, Hesabatda “Azərbaycan qeyd olunan cinayətlərlə
mübarizədə yüksək səviyyədə effektivliyə nail olub və bu cinayətlərin
araşdırılmasının uğurla aparılması bacarıqları nümayiş etdirilib” qeyd edilib.

Beynəlxalq hesabatlardan göründüyü kimi, nə qədər həssas və mürəkkəb geosiyasi
məkanda olsa da, müstəsna dərəcədə uğurlu dövlət siyasəti nəticəsində bərqərar
olmuş sürətli inkişaf, sabitlik və əmin-amanlıq, o cümlədən terrorçuluğa qarşı
mübarizə sahəsində təhlükəsizlik orqanları tərəfindən son illər görülən
effektiv işlər nəticəsində Azərbaycan dünyada ən yüksək daxili təhlükəsizlik
reytinqinə yüksəlmişdir.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin
dediyi kimi, “bu gün Azərbaycan təhlükəsizlik adasıdır”.

Source link