f017d5b0-c047-45ab-a74f-e985376b9f65..jpg

Yeni təyin olunan rektor kimdir? – DOSYE

Baxış sayı: 564 dəfə baxılıb.

Yeni təyin olunan rektor kimdir? – DOSYE
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Prezident İlham Əliyev Heydər Xanış oğlu Əsədovun Azərbaycan Dövlət Dəniz
Akademiyasının rektoru təyin edilməsi haqqında Sərəncam imzalayıb.

Cixisyolu.com yeni təyin olunan rektorun dosyesini təqdim edir:

Heydər Əsədov 1959-cu il oktyabrın 24-də anadan olub.

1978-ci ildə Bakı Sovet Ticarəti Texnikumunun Mühasibat uçotu fakültəsini,
1983-cü ildə isə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun
Uçot-iqtisad fakültəsini bitirib.

1978-1984-cü illərdə fəhlə, mühasib, böyük mühasib, böyük təftişçi
vəzifələrində çalışıb. 1983-1992-ci illərdə Azərbaycan Xalq Təsərrüfatı
İnstitutunda (son illərdə Azərbaycan Dövlət İqtisad İnstitutu adlanıb) müəllim,
baş müəllim vəzifələrində işləyib, 1987-ci ildə M.V.Lomonosov adına Moskva
Dövlət Universitetində namizədlik dissertasiyasını müdafiə edərək iqtisad
elmləri namizədi alimlik dərəcəsi alıb.

1992-1995-ci illərdə Türkiyənin Mərmərə Universitetinin doktorantı olub.

1995-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Maliyyə
nazirinin müavini təyin edilib, 1996-2007-ci illərdə Maliyyə Nazirliyi yanında
Baş Dövlət Xəzinədarlığının baş direktoru, Azərbaycan Respublikası Maliyyə
nazirinin müavini, 2007-2013-cü illərdə isə Azərbaycan Respublikası Hesablama
Palatasının sədri vəzifələrində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 22 oktyabr 2013-cü il tarixli Sərəncamı
ilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri vəzifəsinə təyin edilib.

Azərbaycan Respublikası Prezidentinin 3 aprel 2019-cu il tarixli Sərəncamı ilə
Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru təyin edilib

Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamları ilə 2011-ci ildə
2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni, 2019-cu ildə isə “Azərbaycan Xalq
Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif edilib.
2019-cu ildə Azərbaycan Respublikasında təhsilin inkişafında xidmətlərinə görə
“Şöhrət” ordeni ilə təltif olunub.

Üç monoqrafiyanın və 30-dan çox elmi əsərin müəllifidir.

Ailəlidir. Üç övladı var.

Source link