07917081-d104-4597-ba2e-ab97d830eb86..jpg

Yeni transfer edə bilməyən “Qarabağ” aparıcı futbolçularını itirir?

Baxış sayı: 542 dəfə baxılıb.

Yeni transfer edə bilməyən “Qarabağ” aparıcı futbolçularını itirir?

Azərbaycanda yay transfer pəncərəsi bağlanır, klublar transferdə son
fəallıqlarını göstərirlər.

Sports.az xəbər verir ki, “Qarabağ” Qurban Qurbanovun 1-2 futbolçu almaq
istədiklərini söyləməsinə baxmayaraq yeni transfer edə bilməyib.

Əksinə, Andrey Lunyovun gəlişindən sonra Qurban Qurbanova komandadan getmək
istədiyini bildirən Luka Quqeşaşvilinin yaxşı təklifi var. Gürcüstan millisinin
üzvünün icarə əsasında mövsümü başqa klubda keçirəcəyi istisna deyil.

24 yaşlı qapıçının “Olimpiya” ilə oyunlardakı performansı “Qarabağ”ın
rəhbərliyini razı salıb və onun qalacağı təqdirdə bu mövsüm klubun “1 nömrəsi”
olacağını gözləyə bilərik. Amma Quqeşaşvili qeyri-müəyyən durumundan narahatdır
və sabit oynaya biləcəyi kluba keçmək istəyir.

“Qarabağ”ın aparıcı futbolçularından olan Marko Veşoviç də klubdan ayrılmaq
istəsə yəqin ki, heç kim təəccüblənməz. Zədəli cinah müdafiəçisinin yerinə
“Qarabağ” artıq Mateus Silvanı transfer edib. Bu mövqedə başqa bir zədəli Abbas
Hüseynov və kapitan Maksim Medvedevin də olduğunu nəzərə alsaq, Çernoqoriya
millisinin üzvünə yaxşı təklif gəlsə, onun da Qurban Qurbanovun komandasını
tərk edəcəyini gözləyə bilərik.

Tezliklə “Qarabağ”ı kimin tərk edib-etməyəcəyi məsələsinə aydınlıq gələcək.

Source link