“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi Bakı Olimpiya Stadionundan Heydər Əliyev prospektinə yeni inşa edilmiş keçid – tuneldən necə istifadə etməklə bağlı video yayımlayıb.
Qurumdan ÇıxışYolu.Com-a daxil olan məlumata görə, tunelin inşasında məqsəd günün pik saatlarında “Koroğlu” metrostansiyasının qarşısında yaranan tıxacı aradan qaldırmaqdır.
Belə ki, Ziya Bünyadov prospekti istiqamətindən gələn avtonəqliyyat vasitələri “Böyük Şor” yol qovşağına daxil olmadan və “Koroğlu” metrostansiyasının qarşısından keçmədən Ziya Bünyadov prospektindən Olimpiya kəndi istiqamətinə və oradan da Bakı Olimpiya Stadionu arxasında yerləşən yoldan və tuneldən istifadə etməklə Hava Limanı, həmçinin Zabrat-Maştağa istiqamətinə hərəkət edə bilirlər.
Dörd ay ərzində inşa olunan müxtəlif səviyyəli yol qovşağına 496 m uzunluğunda bir avtomobil tuneli, 193 m uzunluğunda yanaşma yolları, 702 m uzunluğunda yeni yol hissəsi, 27 m uzunluğunda yeni körpü daxildir.
Həmin videonu təqdim edirik: