b53cb1fd-b479-43f8-9460-08ce68c22096..jpg

Yeni Yasamalda təhlükə saçan köhnə liftlər – FOTO/VİDEO

Baxış sayı: 234 dəfə baxılıb.

Yeni Yasamalda təhlükə saçan köhnə liftlər – FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakının Yeni Yasamal rayonu ərazisində yerləşən elə binalar var ki, onların
liftləri təhlükəli vəziyyətdədir.

Bu barədə Cixisyolu.com-a adı çəkilən rayonun Dadaş Bünyatzadə, 8 ünvanında yaşayan
sakinləri məlumat veriblər.

Qeyd olunub ki, istismar müddəti çoxdan bitmiş və hər an təhlükə yarada
biləcək, doqquzmərtəbəli binaya xidmət göstərməli olan bu lift 20 ilə yaxındır
eyni vəziyyətdədir. Tez-tez xarab olan liftin təmiri də bina sakinlərinin şəxsi
hesabı ilə qarşılanır.

Məsələnin təhlükəli tərəfi odur ki, lift yalnız trosla işləyir və içinin
aliminiumları oğurlanıb.

Dəfələrlə müraciət olunmasına baxmayaraq, liftin dəyişdirilməsi ilə bağlı hər
hansı addım atılmır.

Video və şəkilləri təqdim edirik:

Əzizə İsmayılova

Source link